ABŞ nüvə bombardmançılarını Avropaya göndərdi

ABŞ nüvə bombardmançılarını Avropaya göndərdi
20:33 9 İyun 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

B-2 Spirit Amerika strateji bombardmançıları müntəzəm əməliyyatlarda iştirak üçün Böyük Britaniyada yerləşdirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının məlumatında deyilir.

Məlumata görə, bombardmançılar Ferfordda Kral Hərbi Hava Qüvvələrinin bazasında yerləşdirilib. Qeyd edilir ki, B-2 Spirit-lər BALTOPS və ya “Saber Strike-2017” təlimlərində iştirak etməyəcək və qısa müddətdə Böyük Britaniyada qalacaqlar.

Qeyd edək ki, dünyada ən çox tanınan təyyarələrdən biri, aerodinamik sxeminə görə “uçan qanad” adlandırılan B-2 Spirit bombardımançıları dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, “soyuq müharibə”nin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. B-2 düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı (gözəgörünməz) B-2–ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.

B-2 mümkün qlobal qarşıdurmada ABŞ-a üstünlük qazandıracaq silahlardan biri hesab edilir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR