Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi
20:43 9 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Publika.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/202017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR