Maksim Medvedev: "Belfastdakı səhvləri təkrarlamamağa çalışacağıq"

Maksim Medvedev: "Belfastdakı səhvləri təkrarlamamağa çalışacağıq"
20:47 9 İyun 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ “Uzun müddətli toplanış keçmişik. Yaxşı məşqlərimiz oldu. Canla-başla hazırlaşmışıq”. 
"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev deyib.
Təcrübəli müdafiəçi bildirib ki, Belfastdakı səhvləri təkrarlamamağa çalışacaqlar: "Şimali İrlandiyaya bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/maksim-medvedev-belfastdaki-sehvleri-tekrarlamamaga-calisacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR