Tokio Olimpiadasının proqramına yeni idman növləri əlavə olunub

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilən yeni idman növlərinin adlarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, 3x3 basketbol, BMX-fristayl və qarışıq oxatma yarışları proqrama daxil edilib. Bunlarla yanaşı, velosiped yarışlarına medison, üzgüçülüyə isə kişilərin 800 m məsafə üzrə fristayl və qadınların 1500 m məsafə üzrə fristayl növləri əlavə olunub.

Qeyd edək ki, 2020-cı il Tokio Yay Olimpiya Oyunlarında kişilərlə bərabər qadınların da öz aralarında medallar uğrunda mübarizə aparacağı 18 yarış nəzərdə tutulub. Əvvəllər bu rəqəm 9-a bərabər idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR