Makedoniya Prezidenti İlham Əliyevə məktub göndərib

Makedoniya Prezidenti İlham Əliyevə məktub göndərib
21:17 9 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Ölkənizin daha da firavanlaşmasını, vətəndaşlarınızın rifahının yüksəlməsini səmimi qəlbdən arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə

birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə gələcək illərdə də uğurlu fəaliyyət, şəxsi həyatınızda xoşbəxtlik və cansağlığı arzulayıram. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR