Babasil xərçəngə çevrilə bilərmi?

Babasil xərçəngə çevrilə bilərmi?
21:27 9 İyun 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi xəstəliklər var ki, onlar xərçəngin inkişafına şərait yaradır. Onları "xərçəngönü xəstəliklər " adlandırırlar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə xəstəliklər çoxdur - uşaqlıq boynu eroziyası, mədə xorası, Kron xəstəliyi, istənilən orqanda (uşaqlıq, bağırsaq, mədəaltı vəzi, öd kisəsi və s.) poliplər və s.

Babasil çox yayılmış xəstəlik olduğundan insanlar bu xəstəliyin də xərçəngə çevirib-çevrilməməsi barədə həkimlərə tez-tez suallar verir. Babasildən əziyyət çəkənlərə xoş xəbər - babasil xərçəngə çevrilmir. Lakin onu da nəzərə almaq lazımdır ki, bu iki xəstəliyin (babasil və yoğun bağırsaq xərçəngi) simptomları oxşardır - defekasiya zamanı qanın ifraz olunması, qəbizlik, ağrılar və s. Bu səbəbdən xəstəliyin dəqiq diaqnozunu yalnız həkim lazım olan müayinə və analizlədən sonra qoya bilər.
Babasil xərçəngönü xəstəliyi olmasa da, onu mütləq və vaxtında müalicə etmək lazımdır ki, babasil   gecikmiş mərhələlərdə çox ciddi ağırlaşmalar verir .

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/552714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR