Masallıda oğul həyat yoldaşı ilə əlbir olaraq ata və anasını balta ilə qətlə yetirib

Masallıda oğul həyat yoldaşı ilə əlbir olaraq ata və anasını balta ilə qətlə yetirib
21:37 9 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

***21:05
Masallı. 9 iyun. REPORT.AZ/ Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
“Report”un Cənub bürosunun məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb.
Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.
O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Laakin hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masallida-ogul-ata-ve-anasini-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR