Mançesterdə sahibsiz çanta səbəbindən hava limanının terminalı təxliyə edilib

Mançesterdə sahibsiz çanta səbəbindən hava limanının terminalı təxliyə edilib
21:50 9 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mançesterdə sahibsiz çanta səbəbindən hava limanının terminalı təxliyə edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hava limanının rəsmi nümayəndəsi bildirib.

O, bildirib ki: "Sahibsiz çanta aşkar edilməsi səbəbindən ikinci terminalda yoxlanılan təxliyə aparılır. Bu standart prosedurdur".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2765016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR