Bağlanmış banklara borcu olanlarla bağlı xəbər var

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının borcu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Müraciətdə müştərilərə kredit ödənişlərini onlara yaxın ərazidə yerləşən “MilliÖN” Ödəmə Sistemi vasitəsilə həyata keçirmələri bildirilir. Bunun üçün terminalda “Bank Xidmətləri” bölməsini, ardınca ADIF bölməsini seçmək, şəxsiyyət vəsiqəsində olan “PİN” kodunu daxil etmək, məlumatı təsdiq etmək lazımdır.

Müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adını seçmək lazımdır. Seçilmiş bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçməlidir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçmək və qəbzi terminaldan götürmək lazımdır. (Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR