Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib
21:57 9 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 9 iyun. REPORT.AZ/ Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Ayıblı kənd sakini, 1992-ci il təvəllüdlü Tünzalə Fərhad qızı Əliyeva yaşadığı evdə ailə münaqişəsi zəminində əkin sahələri üçün nəzərdə tutulan dərmandan içərək özünü öldürmək istəyib.
Ağır vəziyyətdə yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-qadin-aile-munaqisesi-zemininde-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR