Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…

Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…
22:05 9 İyun 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Aqressiv, qəddar səhnələrlə dolu yuxular insanın sağalmaz xəstəlik olan Parkinsona tutulmasına 15 il qabaqcadan dəlalət edə bilər.

Milli.Az xəbər verir ki, yuxularında belə səhnələrlə sıx rastlaşan və bu səbəbdən doyunca yata bilməyən, tez-tez ayılan insanların 80% nevroloji pozuqluqdan əziyyət çəkir. Bu isə illərlə dama-dama göl olmağa - Parkinsona gətirib çıxarır. Ümumiyyətlə, yuxu pozuqluğu gec-tez əsəb sarsıntıları ilə nəticələnir. Belə insanlar yuxuda çox hərəkət edir, yanında yatan yoldaşını özü də fərqində olmadan itələyirlər. Bəzən özlərinə də xətər yetirirlər. Səhər oyananda qollarında, sinələrində cırmaq izlərinin olduğunu görürlər. Onların səhər oyananda gözləri qıpqırmızı olur, bütün günü isə yuxulu halda gəzirlər.

Adətən normal yatan insanlar müxtəlif yuxular görsələr də, sanki filmə baxan tamaşaçı kimi kənardan izləyirlər. Belə insanlar isə həmin filmin aktyorlarıdır. Yəni baş verən səhnələrə uyğun olaraq hərəkət edirlər.

Mütəxəssislər bildirirlər ki, əgər həyat yoldaşınız və ya ailə üzvünüz yuxuda kəskin hərəkətlər edirsə, deməli qorxunc yuxular görür. Ona görə də onu ehmalca, oyatmadan (çünki bu vaxt qəfil oyanan adamlarda qıcolmalar yarana bilər) böyrü üstə çevirmək lazımdır. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/549831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR