Gəncə sakini eyvandan yıxılaraq ölüb

Gəncə sakini eyvandan yıxılaraq ölüb
22:32 9 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 9 iyun. REPORT.AZ/ Gəncənin Cavadxan qəsəbəsində bir nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.
"Report"un Qərb bürosunun məlumatına görə, 54 yaşlı Quliyev Vaqif Həmzə oğlu ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Həkimlər tərəfindən müdaxilə olunan zaman onun öldüyü məlum olub.
Yaxınlarının dediyinə görə, kişi fərdi yaşayış evinin eyvanından yıxılaraq başından ağır xəsarət alıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-yasli-kisi-pillekenden-yixilaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR