Bütün dövrlərin ən yaxşı filmləri açıqlandı - SİYAHI

Bütün dövrlərin ən yaxşı filmləri açıqlandı - SİYAHI
22:42 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Empire" jurnalı keçirdiyi sorğuda bütün dövrlərin ən yaxşı filminin adını müəyyənləşdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 20 min nəfərdən çox respondentin qatıldığı sorğuida 1972-ci ildə çəkilən "Xaç atası" ("Godfather") birinci yeri tutub. İkinci pillədə "Ulduz müharibələri: 5 - İmperiya cavab zərbəsi endirir" (1980), üçüncü pillədə isə "Qara cəngavər" (2008) qərarlaşıb.

İlk onluqda "Şouşenkdən qaçış", "Kriminal qiraət", "Yaxın dostlar", "İndiana Cons: Müqəddəs xəzinə ovçuları", "Çənələr", "Üzüklərin hökmdarı: Üzük qardaşlığı" kimi filmlər yer alıb.

Qeyd edək ki, 2014-cü ildə keçirilən sorğuda birinci "Ulduz müharibələri: 5 - İmperiya cavab zərbəsi endirir" olmuşdu. 2016-cı ildə belə sorğulardan birində Harri Potter haqqında filmlər ən yaxşı ekranlaşdırılan kitab seçilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR