Tələbələr tətil üçün iş axtarır - VİDEO

Tələbələr tətil üçün iş axtarır - VİDEO
22:52 9 İyun 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Yay tətilinə az qalmış tələbələrin bir çoxu iş axtarışına başlayıblar. Belə işlər adətən ənənəvi olur. Ya restoranlarda ofisiant, ya da mağazalarda satıcı kimi müvəqqəti işlər.

Milli.Az xəbər verir ki, uzun illərdir işə düzəltmə agentliyində çalışan, kadrlar üzrə mütəxəssis Əliqismat Mehdiyev bildirir ki, tələbələr pul qazanmaq istəyirsə yay aylarında əsasən mövsümü işlərlə məşğul ola bilərlər.

Mütəxəssislər bildirir ki, tələbələr əsasən turizm obyektlərində çalışsalar yaxşıdır. Çünki belə yerlərdə çoxlu xarici qonaq olduğundan onlar, dil biliklərini də inkişaf etdirə bilərlər. Belə iş yerlərində tələbənin orta aylıq qazancı isə 300-400 manat olur.
Ancaq əksər sahibkarlar tələbələrlə işləmək istəmir. Bunun özünəməxsus səbəbləri var.

Ekspert bildirir ki, tələbənin pula ciddi ehtiyacı yoxdursa, o, yay aylarında öz sahəsi ilə bağlı ödənişsiz təcrübə proqramlarından istifadə etsə yaxşıdır. Belə olduqda o universiteti bitirdikdən sonra iş axtararkən "təcrübəniz varmı" sualına cavab verə və rahat şəkildə işə düzələ bilər. Bunun üçün tələbə tanıdığı şirkətlərə və yaxud işə düzəltmə şirkətlərinə müraciət edə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Əmək məşğulluqu xidmətində tələbələr məşğul əhali sayıldığından, onlara hər hansı iş yerləri təklif edilmir. Gənclər və İdman nazirliyi isə tələbələrin istirahət və asudə vaxtının təşkili ilə bağlı hər hansı layihə icra etmir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tələbələr tətil üçün iş axtarır: Mütəxəssislərin tələblərə bir sıra tövsiyyələri var


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR