Bu qida bədəni təmizləyir, xərçəngin qarşısını alır

Bu qida bədəni təmizləyir, xərçəngin qarşısını alır
23:05 9 İyun 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Mətbəxin sevimli paxlalılarından olan noxud xərçəng başda olmaqla bir çox xəstəliyə qarşı orqanizmi qoruyur. Noxud protein, sink, kalsium, maqnezium və dəmirlə zəngindir. Yüksək xolesterol, ürək problemi, depressiya, xərçəng kimi bir çox xəstəliyin qarşısının alınmasına kömək edən noxudu süfrənizdən əskik etməyin. Milli.Az ailem.az-a istinadən noxudun faydalarını sadalayır.

Xolesterolu aşağı salır
 
Noxudun tərkibi ürək-damar sağlamlığını qoruyan, xolesterolu aşağı salan və xüsusilə qan şəkərini tənzimləyən liflə zəngindir. Ürək-damar xəstəliyi olanlar və şəkər xəstələri süfrələrindən noxudu əskik etməməlidir.
 
Zəhərə qarşı qoruyur
 
Noxud esterogen hormonunu balanslaşdırdığı üçün xüsusilə menopauza dövründə faydalıdır. Bu zaman ortaya çıxan isti və tər basması şikayətlərinin azalmasında yardımçı olur. Tərkibindəki selenium bağırsaq fermentlərinin çalışmasına dəstək verərək bədəndə xərçəngə səbəb olan birləşmələrin zəhər təsirini ortadan qaldırır.
 
İmmunitet sistemini gücləndirir
 
Ürək bulanma, baş gicəllənmə və baş ağrısı problemlərinin qarşısını alır. Tərkibində yer alan amin turşuları sayəsində yuxu balansını tənzimləməyə kömək edir. Bədənin immunitet sistemini gücləndirib xəstəliklərə yoluxma riskini azaldır.
 
Depressiyanın qarşısını alır
 
Tərkibindəki fosfor sümük və diş ətini gücləndirir. Xoşbəxtlik hormonlarına təsir edir. Beləliklə, depressiyanın qarşısını alır. Beyin və zehni yorğunluğun qarşısını alır. Hafizəni gücləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/552860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR