Göyçayda kütləvi dava: 2 yaralı

Göyçayda kütləvi dava: 2 yaralı
23:14 9 İyun 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

 

Göyçay rayonunda baş verən kütləvi dava nəticəsində iki nəfər ağır xəsarət alıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

 

Beş-altı nəfərin iştirak etdiyi davada Göyçay sakini 1978-ci il təvəllüdlü Məmmədov Kainat Qadir oğlu və Bakının Mərdəkan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Baxışov Elçin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Küt alətlə döyülən şəxslərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Məlumata görə, xəsarət alan hər iki şəxs Bakıda yaşayır və rayona qonaq gəliblər. Dostların içki məclisi dava ilə başa çatıb. Hadisəni törədən şəxslər qaçıblar.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR