Azərbaycanda kütləvi dava olub, xəsarət alanlar var

Azərbaycanda kütləvi dava olub, xəsarət alanlar var
23:17 9 İyun 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda baş verən kütləvi dava nəticəsində iki nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Beş-altı nəfərin iştirak etdiyi davada Göyçay sakini 1978-ci il təvəllüdlü Məmmədov Kainat Qadir oğlu və Bakının Mərdəkan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Baxışov Elçin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Küt alətlə döyülən şəxslərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Məlumata görə, xəsarət alan hər iki şəxs Bakıda yaşayır və rayona qonaq gəliblər. Dostların içki məclisi dava ilə başa çatıb. Hadisəni törədən şəxslər qaçıblar.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/552959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR