Ən çox hansı millət yeyir?

Ən çox hansı millət yeyir?
23:17 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, statistikaya görə, dünyada ən çox makaron yeyən millət italyanlardır, yaponlar isə dünyada digər xalqlardan dörd dəfə daha çox balıq yeyir, ən çox dondurmanı ilə süd məhsulları ilə məşhur olan ölkənin sakinləri - yeni zelandiyalılar yeyir.

Makaron
İtalyanlar bir ildə 30 kq-a qədər makaron yeyir. İkinci yerdə almanlar, sonra isə isveçrəlilər və ruslar gəlir. Sonuncular 5,5 kiloqrama yaxın makaron yeyir.
Pendir
Fransızlar təxminən ildə 23 kq, hollandlar 10 kq pendir yeyir. Halbuki Rusiya sakininin bir illik pendir porsiyasına 5 kq düşür. Pendir alarkən ən çox nələrə fikir vermək lazımdır? Təbii olmasına. İnsan üçün dəyərli zülallar, kalsium və digər faydalı maddələr yalnız təbii məhsulların tərkibinə daxildir.
Ketçup
Dünyada ketçupdan istifadəyə görə, birinci amerikalılar tutur, onların arxasınca isə ruslar gəlir. Bu ölkələrdə bir ildə adambaşına təxminən 1,7 kq ketçap düşür. O, nəinki yeməyə gözəl dad verir, eyni zamanda təbii antioksidantdır, çünki tərkibində pomidorlarda olan likopen maddəsi var. Lakin qeyd etmək lazımdır ki, yalnız təbii məhsul sağlamlığa faydalı olacaq. Məsələn, "Heinz" təbii sirkə, ədviyyat və yalnız xüsusi becərilmiş pomidorlardan hazırlanır.
Şokolad
İsveçrəlilər ildə təxminən 12 kq şokolad yeyir. Rusların şokolad eşqi isə maksimum 5-7 kq-a çatır. ABŞ və Qərbi Avropada istehlakın göstəriciləsi xeyli aşağıdır. Keyfiyyətli məhsulun tərkibində mütləq kakao-yağı, kakao tozu və ya döyülmüş kakao olmalıdır.
Dondurma
Ən çox dondurma yeyən millət yeni zelandiyalılardır, onlar ildə 26 l, amerikalılar 24,5 l, avstraliyalılar 17,8 l, eyni zamanda orta statistik Rusiya sakini 3 litr soyuq desert yeyir. Əsl plombirin tərkibinə qatılaşdırılmış süd, təbii qaymaq, süd, eləcə də şəkər daxildir. Və heç bir bitki yağları istifadə etmək olmaz.
Pitsa
Amerikalı orta hesabla bir ildə 13 kq pitsa yeyir. Nə qədər qəribə olsa da, italyanlar 7 kq-la ikinci yerdə dayanır. Yeri gəlmişkən xatırladaq ki, 56 milyon əhalisi olan Aralıq Dənizi ölkəsinin sakinləri hər həftə pitsa bişirir. Ruslara gəldikdə, onlar ildə adambaşına 2 kq pitsa yeməklə bu siyahıda sürünürlər.
Balıq
Yaponlar ildə təxminən 70 kq dəniz məhlusu yeyir. Bu da digər ölkələrin sakinlərindən 4 dəfə çoxdur. Ruslara isə ildə adambaşına 20-25 kq balıq yeyir. Balıq hər kəsin qida rasionunda mütləq iştirak etməlidir. Çünki o, sağlamlıq üçün vacib olan omeqa-3 yağları, yağ turşularıyla, həmçinin bir çox başqa vitaminlərin və mikroelementlərlə zəngindir. publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR