Slutski İngiltərə klubunu çalışdıracaq

Slutski İngiltərə klubunu çalışdıracaq
23:32 9 İyun 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutski yeni iş yeri tapıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis "Hull City" klubunu çalışdıracaq. O, növbəti həftə "pələnglər"in bazasına gələcək. Bundan sonra İngiltərədə iş üçün icazə vərəqəsi alacaq.

"Yeni məşqçi qismində Leonidi təqdim etməyimə şadam. Biz Slutskini üstünlük verdiyi oyun tərzi, ambisiyalarına görə bir neçə namizəd arasında seçdik. O, artıq komandanın qurulması işinə başlayıb. Leonid klub və milli komanda səviyyəsində müəyyən nailiyyətlər qazanıb. Onun "Hull City"ni Premyer Liqaya qaytarmaq planları məni ruhlandırır" - klubun vitse-katibi Ehab Allam deyib.

"Hull City" ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci yeri tutaraq Championship-ə yuvarlanmışdı. Slutskinin son iş yeri CSKA olub. 2016-cı il dekabrın 7-də istefa verən 46 yaşlı çalışdırıcı həmin vaxtdan işsiz idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR