Makedoniyalı İsgəndərin dövrünə aid sərdabə tapıldı

Makedoniyalı İsgəndərin dövrünə aid sərdabə tapıldı
23:33 9 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Misirin bir qrup arxeoloqu Aralıq dənizi sahilində Makedoniyalı İsgəndərin (e.ə. 356-323) yaşadığı və hakimiyyəti dövrünə aid qədim sərdaba aşkar edib. Yerli KİV-lər bu məlumatı Qərbi Delta regionunda Qədim Abidələr Nazirliyinin idarə rəhbəri Mustafa Raşdiyə istinadla yayıblar.

Onun sözlərinə görə, tapılmış məzarlığın dəqiq vaxtı ellinizm üslubu üçün səciyyəvi olan memarlıq elementlərinə və sərdabada tapılan keramika əşyalarının şəkillərinə əsasən müəyyən edilib.

Sərdaba dörd geniş zala bölünüb və bəzi yerlərdə müxtəlif həndəsi fiqurlar formasında barelyef yaxşı qalıb. Divarlar qədim yunan dilində yazılarla örtülüb. Sərdabanın içində çoxsaylı əşyalar və bir neçə qiymətli artefaktlar aşkar edilib ki, bunların tarixi əhəmiyyəti mütəxəssislər tərəfindən müəyyən edilməlidir.

Böyük sərkərdənin əsasını qoyduğu şəhərin – Misirin İsgəndəriyyə şəhərinin bilavasitə yaxınlığında yerləşən məzarlıqda təxminən 300 qədim əşya tapılıb. Bunlar tədqiqat üçün nazirliyin xüsusi komissiyasına verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/202027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR