Ronaldo həmkarının xanımı haqda: "O, mənim arvadım olsaydı..." - FOTO

Ronaldo həmkarının xanımı haqda: "O, mənim arvadım olsaydı..." - FOTO
23:57 9 İyun 2017
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Braziliyalı futbolçu Ronaldo jurnallardan birinə maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, vaxtının çox hissəsini partilərdə keçirən futbolçuya baş məşqçiləri Perez yaxınlaşaraq deyib:

"Ronni, niyə vaxtının çoxunu evində keçirmirsən? Fiqoya bax. O, həmişə evində, həyat yoldaşının yanında olur".

İdmançı məşqçisinə belə cavab verib:

"Fiqonun xanımını görməmisiniz? O, mənim arvadım olsaydı, mən də partilərdə deyil, onun yanında oturardım".

Qeyd edək ki, Fiqo İsveçrəli model Helen Svedin ilə evlidir. Cütlüyün 3 uşağı var. Buna baxmayaraq, Helen ideal bədən quruluşu ilə daim diqqət mərkəzindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR