Rolan Qarros:

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da kişilərin mübarizəsində finalçılar müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, ilk yarımfinal görüşü 5 set davam edib. Gərgin mübarizədən isveçrəli Sten Vavrinka qalib ayrılıb.

İkinci finalçı isə Rafael Nadal olub. Torpaq kortların kralı avstriyalı Dominik Timi məğlub edib.

Rolan Qarros

Kişilər, yarımfinal

Endi Mörrey (Böyük Britaniya) - Sten Vavrinka (İsveçrə) - 2:3 (7:6, 3:6, 7:5, 6:7, 1:6)

Rafael Nadal (İspaniya) - Dominik Tim (Avstriya) - 3:0 (6:3, 6:4, 6:0)

Rafael Nadal və Sten Vavrinka arasında oynanılacaq final matçı bazar günü keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR