"Natiq Əliyevin vəziyyəti son dərəcə ağır idi" -

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü barədə fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.

Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Akdağ azərbaycanlı nazirin Türkiyəyə ağır vəziyyətdə gətirildiyini deyib:

"Bir gün öncə Azərbaycandan müraciət daxil oldu. Ambulans təyyarəmizi göndərdik və dəyərli nazirimizi Türkiyəyə gətirdik. Ancaq o, bura gətiriləndə artıq vəziyyəti son dərəcə ağır idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR