"Suriyada vətəndaş müharibəsi bitdi" -

Rusiya Müdafiə nazirliyinin Əməliyyatlar üzrə rəhbəri Sergey Rudsko Suriyada vətəndaş müharibəsinin bitdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Moskvada təcili mətbuat konfransı keçirən Rudsko bunları deyib:

"4 may, 2017-ci il tarixində Rusiya, Türkiyə və İranın iştirakı ilə imzalanan saziş bəhrəsini verdi. Suriyanın böyük hissəsində döyüşlər bitib. Dolayısı ilə Suriyada vətəndaş müharibəsinin bitdiyini elan edə bilərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR