Aqil M.Quliyev "Maşın"la vidalaşdı

Murad Dadaşovun təqdimatında ATV telekanalında yayımlanan "Maşın" şounu tərk edən növbəti məşhurun kimliyi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, şouda çıxışını davam etdirmək üçün lazım olan səsi toplaya bilməyən rejissor Aqil M.Quliyev (49,39%) mübarizəni dayandırıb.

Qeyd edək ki, Aqil M.Quliyev çıxışını davam etdirəcəy təqdirdə Oksana Rəsulovanı verilişdən uzaqlaşdıracağını demişdi.

Hazırda aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov və aktrisa-rəqqasə Oksana Rəsulova şouda çıxışını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR