Ərdoğan Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb

Ərdoğan Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb
03:02 10 İyun 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin terrorçuluğu dəstəklədiyini görmədiyini və ona hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bəziləri var ki, onlara bizimlə qətərli qardaşlarımızı dəstəkləmək, onları ərzaq ilə təmin etmək rahat deyil. Çox təəssüf edirəm, lakin biz Qətərə hər bir yardım göstərməkdə davam edəcəyik. Mən bu günə qədər Qətərin terrorizmi dəstəklədiyini görməmişəm", — deyə Ərdoğan bildirib.
Türkiyə lideri Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-fars-korfezi-olkelerini-qeterin-blokadasini-aradan-qaldirmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR