Saatlıda yanğın zamanı mal-qara tələf olub

Saatlıda yanğın zamanı mal-qara tələf olub
04:02 10 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Saatlı şəhərində vətəndaşa məxsus tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.
Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saatlida-yangin-zamani-mal-qara-telef-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR