Ərdoğan: “Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək”

Ərdoğan: “Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək”
05:53 10 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər çox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, deyə R.Ərdoğan bildirib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu bizim haqqımızdır”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR