Polislər Londonda baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlayıblar

Polislər Londonda baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlayıblar
07:08 10 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Britaniya polisləri Londonda körpüdə baş vermiş terror aktı ilə əlaqədar daha bir nəfər saxlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şübhəli şəxs İlford rayonunda saxlanılıb. Hazırda onun evində axtarış keçirilir.

Qeyd edək ki, Londonda iyunun 3-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub. Baş verən hücumlarda 8 nəfər ölüb, 50 nəfərə yaxın isə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2765054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR