Cihazları məsafədən enerji ilə dolduracaq

Cihazları məsafədən enerji ilə dolduracaq
08:12 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Cari ilin iyulunda təqdim ediləcək "CHAARGO" adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. "CHAARGO" - bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "CHAARGO" qurğusu dəri/alüminium kombinasiyasından hazırlanıb və "Qi 1.2" sürətli simsiz enerjidoldurma  standartını dəstəkləyir. Enerjidoldurma qurğusu 2,1 amper gücündə adapter və "USB-C" kabellə enerji toplayır. Batareyanın statusu rəngli LED indikatorla əks olunur.

Portmanet formasında hazırlanmış "CHAARGO" qurğusu aşağıdakı hissələrdən ibarətdir:

Pul üçün yer;
• Sikkələr üçün cib;
Kartlar üçün 3 ədəd böyük yer.
 
Portmanetin fiziki ölçüləri 115x95x15 mm, çəkisi isə 205 qr-dır.

Telefon simsiz enerjidoldurmanı dəstəkləyirsə, narahatçılığa heç bir əsas yoxdur. Aparatı portmanetin üzərinə qoyduqdan sonra o, enerji toplamağa başlayacaq. Dəstəklənən telefonların siyahısı aşağıda göstərilib:

"CHAARGO" portmanetinin pərakəndə qiyməti 75 funt təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/552450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR