“Toyota”nın uçan avtomobilinin prototipi hazırlandı - VİDEO

“Toyota”nın uçan avtomobilinin prototipi hazırlandı - VİDEO
08:12 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Cartivator" qrupunun alimləri "Toyota" avtomobilləri üçün nəzərdə tutulan "SkyDrive" texnologiyasının sınağını keçiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Cartivator" 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları ərəfəsində "Sky Drive"ın kommersiya məqsədli istifadəsinə başlamağı planlaşdırır.
 
"Cartivator" layihə üzərində 2012-ci ildən çalışır. Əvvəlcə alimlər bu işi könüllülük əsasında aparırdı, lakin bir qədər sonra "Toyota" layihəyə 380 min dollardan sox vəsait ayırıb.
 
Layihənin ideyası budur ki, elektriklə çalışan, qatlanan böyük kvadratkopter yaradılsın və bu qurğu həm ümumi istifadə üçün nəzərdə tutulan yollarda hərəkət etsin, həm də uça bilsin. Qurğunun yerdə maksimal sürəti 150 km, uçuş zamanı isə 100 km təşkil edəcək.
 
Yayılan videodan görünür ki, 8 rotorlu prototip 1,5 metr havaya qalxır, lakin tarazlığı itirərək sərt eniş edir. Layihə üzrə işlər davam etdiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Toyota"nın uçan avtomobilinin prototipi hazırlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR