“Uber”də qalmaqal: 20 əməkdaş qovuldu

“Uber”də qalmaqal: 20 əməkdaş qovuldu
08:17 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Uber" şirkəti iki tədqiqat aparıb və bunun nəticəsində 20 əməkdaşını işdən qovub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yoxlamalar çoxsaylı cinsi zorakılıq və seksizm ilə bağlı şikayətlər əsasında aparılıb.

"Uber"in keçmiş əməkdaşı öz mikrobloqunda status dərc edərək bildirib  ki, mütəmadi olaraq seksual təcavüzə və diskriminasiyaya məruz qalıb. Qadın iddia edir ki, şirkətdə belə problemlərin olduğundan xəbərdardırlar və bütün bunları inkar edirlər. Bu status dərc edildikdən sonra hüquq şirkətinə "Uber" əməkdaşları tərəfindən təxminən 215 şikayət daxil olub.

Yoxlamaların nəticələrinə görə, şirkət 20 əməkdaşını işdən çıxarıb, 7 nəfərə yazılı xəbərdarlıq edilib, 30 əməkdaşa isə xüsusi kurslar keçmək ehtiyacı yaranıb ki, onlar burada kollektivdə davranışı öyrənəcəklər.

Hazırda daxil olan şikayətlərdən cəmi 57-si emal edilib. 100 şikayətlə bağlı qərarlar isə qəbul ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR