Öküz 6 nəfəri yaralayıb

Öküz 6 nəfəri yaralayıb
08:52 10 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarkanın Odense şəhərində hər il keçirilən buynuzlu öküz sərgisindən qaçan heyvanlardan biri 6 nəfəri yaralayıb.

Milli.Az "Report"a istinadən bildirir ki,cütdırnaqlının qaçması nəticəsində 4 uşaq və iki böyük xəsarət alıb.
Polisin məlumatına görə, yaralananlar arasında 7-11 yaş aralığında olan 4 qız uşağı var. Onlardan ikisi təcili vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Öküzün ayaqları altında qalan 50 yaşlı qadın və 58 yaşlı kişi isə çoxsaylı zədə və sıyrıntılarla xilas ola biliblər.
Sonda öküzü tutmaq mümkün olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR