Yığmamız Şimali İrlandiyaya qarşı

Yığmamız Şimali İrlandiyaya qarşı
09:05 10 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.

Qarşılaşma hər iki komanda üçün böyük önəm kəsb edir. Britaniya təmsilçisi Belfastda yığmamız üzərində qələbə qazanaraq, ələ keçirdiyi qrup ikinciliyini möhkəmləndirməyi hədəfləyir. Ancaq Robert Prosineçkinin yetirmələrinin də yarışdan qopub-qopmamağı bu matçın nəticəsindən asılıdır. Komandamız doğma publika önündə qalib gələrək, həm Belfastdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq, həm də ikincilik şansını yenidən artırmaq arzusundadır.
 
Millimizin heyət baxımından bir problemi yoxdur. Prosineçkinin istədiyi bütün oyunçular sərəncamında təlim-məşq toplanışında olub, komanda şəklində hazırlaşmağa imkan tapıb.
 
Rəqib isə Bakıya ciddi itkilərlə gəlib. Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən dəvət olunmayıblar. Kreyq Katkart da yığmada zədə alaraq, heyətdən çıxarılıb. Baş məşqçi Maykl Onil ötən il Avropa çempionatında iştirak edən futbolçulardan bir neçəsinin xidmətindən məhrumdu. Bəzi əsas heyət üzvlərinin klublarında az çıxış etməsi və oyun praktikasının olmaması da işimizə yaraya bilər. 
 
Şimali İrlandiyaya indiyə qədər evdə məğlub olmamağımız bugünkü matça ümidlə baxmağa imkan verir. 2004-cü ildə britaniyalılar Azərbaycanı qolsuz bərabərliklə tərk etmişdilərsə, 2013-cü ildəki qarşılaşmada yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.
 
 
DÇ-2018-in seçmə mərhələsi, C qrupu
10 iyun
 
20:00. Azərbaycan - Şimali İrlandiya

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

1.

Almaniya

5

5

0

0

20:1

15

2.

Şimali İrlandiya

5

3

1

1

10:2

10

3.

Çexiya

5

2

2

1

8:4

8

4.

Azərbaycan

5

2

1

2

3:8

7

5.

Norveç

5

1

0

4

5:9

3

6.

San Marino

5

0

0

5

1:23

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR