Sükan arxasında yatdı, PPX maşınına vurdu - FOTO

Sükan arxasında yatdı, PPX maşınına vurdu - FOTO
09:13 10 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yolun Avtovağzal yaxınlığından keçən hissəsində "60-BL-368" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil qarşıda gedən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə məxsus "99-AP-609" dövlət qeydiyyat nişanlı "Fiat" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Yol qəzası nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəza "Opel" sürücüsünün avtomobili yuxulu vəziyyətdə idarə etməsi nəticəsində baş verib. Hadisə zamanı "Fiat"da sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə aparılan bir kişi və bir qadın sərnişin olub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR