Bir gecədə 250 insanın öldüyü şəhər yenidən silkələndi

Bir gecədə 250 insanın öldüyü şəhər yenidən silkələndi
09:22 10 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın Akvila şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 13 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.
 
Qeyd edək, ötən il, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub. 

Xatırladaq ki, ötən il avqust ayının 24-nə keçən gecə İtaliyanın Akvila şəhərində zəlzələ nəticəsində 250 insan ölmüşdü, 365 yaralı var idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR