Suriyada daxili müharibə başa çatdı

Suriyada daxili müharibə başa çatdı
09:32 10 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyinin Əməliyyat Şöbəsinin rəhbəri, general Sergey Rudskoy Suriya ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, S.Rudskoy bu il mayın 4-də Rusiya, Türkiyə və İranın birlikdə imzaladığı "Suriyada müharibsiz bölgələr" planının müsbət nəticələr verdiyini söyləyib.

Onun sözlərinə görə, hazırda Suriyanın əksər hissələrində müharibə dayanıb:

"Buna görə də Suriyada daxili savaşın bitdiyini elan edə bilərik. Müstəqil Suriya dövləti öz torpaqlarına nəzarət edə biləcək vəziyyətə gəlib".

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 15 mart 2011-ci ildə başlayıb. Geridə qalan müddətdə qeyri-rəsmi rəqəmlərə əsasən 500 minə yaxın insanın öldüyü bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR