Saatlıda yanğın baş verdi

Saatlıda yanğın qeydı alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 m2 olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR