O, cəmi 2 saata 3 milyard qazandı

Çinin onlayn ticarət şirkəti - "Alibaba Group Holding"in səhmləri ötən gün 13% bahalaşıb.

Metbuat.az xəbər verir ki, çərşənbə günü şirkət dövriyyəsində 50 faiz artımın ardından Cek Ma sərvətinə 2.8 mlrd. dollar əlavə edib.

Təxminlərə görə, şirkətin gəlirləri iki il üst-üstə 50 faizdən çox olacaq.

“Bloomberg” agentliyi Cek Manın dünyanın ən zəngin 14-cü insanı olduğunu bildirir. Ma təxminən 3 mlrd dollarlıq qazancı ilə sərvətini 41.8 mlrd. dollara qaldırıb.

Qeyd edək ki, "Alibaba" Çinin elektron ticarət bazarında 80% paya malikdir.

Milyarder iş adamı xeyriyyə işlərini də unutmur. Cek Ma “Alibaba”nın satışlarından hər il ətraf mühiti qorumaq üçün dərnəklərə ayırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR