BAKIDA İNANILMAZ HADİSƏ: Baba 4 yaşlı nəvəsinin ölümünə səbəb oldu

BAKIDA İNANILMAZ HADİSƏ: Baba 4 yaşlı nəvəsinin ölümünə səbəb oldu
10:34 10 İyun 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail" markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.

 

Bildirilir ki, hadisə saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR