"​Mars" şokoladlarında ölümcül virus aşkarlandı

Məşhur şokolad firması olan "Mars" İngiltərə və İrlandiyadakı məhsullarını geri çağırıb.

Metbuat.az bildirir ki, buna səbəb “Mars Galaxy”nın “Teaser bars, “Counters” və “Minstrels” çeşidlərində ölümcül “Salmonella” virusunun olma riskidir. Şirkət müştərilərinə həmin məhsulları yeməmək barədə xəbərdarlıq edib.

Mars şirkəti açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir şikayət daxil olmayıb:

“Lakin istifadəçilərin güvənini qazanmaq və sağlamlıqlarını risk altına atmamaq üçün könüllü olaraq belə bir qərar qəbul etdik. Xəbərdarlıq sadəcə İngiltərədəki fabrikimizdə istehsal olunan, İngiltərə və İrlandiyaya paylanılan məhsulun az bir qisminə aiddir”.

Bəs, “Salmonella” virusu nədir?

“Salmonella” virusu qida zəhərlənmələrinin ən geniş yayılmış səbəbələrindən bir növüdür. Bu virus qida ilə birlikdə qəbul edildiyi zaman insanda qızdırma, titrəmə, ishal halları ilə müşahidə edilir. İnfeksiyanın qarşısı alınmazsa, uşaq, qoca və immuniteti zəif olan insanlarda ölümlə nəticələnir.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR