​1 dəqiqəlik VİDEO çək, göndər

" 1 dəqiqə" istedad yarışması

Metbuat.az saytı "1 dəqiqə" istedad yarışmasına start verir.

* Siz öz istedadınızı nümayiş etdirmək üçün maksimum bir dəqiqəlik video hazırlamalısınız. (VACİB QEYD: 1 dəqiqədən artıq videolar qəbul olunmayacaq)

* Vidonun əvvəlində "Bu videonu Metbuat.az saytının "1 Dəqiqə" istedad yarışmasına təqdim etmək üçün çəkirəm" deməlisiniz.

Video Metbuat.az saytında (bu yazının içində) dərc olunacaq və yeni istifadəçilər video göndərdikcə, əlavə ediləcək.

İstedad yarışmasının hüdudu yoxdur. ( Mahnı, şeir, rəqs, meyxana, foks və s.) İstedadınızı göstərən videonun vaxtı bir dəqiqə və əvvəlində "Videonu Metbuat.az saytının "1 Dəqiqə" istedad yarışmasına təqdim etmək üçün çəkirəm" kimi təqdim olunarsa, qəbul ediləcək.

Səsvermə "Facebook" şərhləri vasitəsilə olacaq. Sizə səs vermək istəyənlər yazının altındakı "Facebok şərhləri" yerində sizin ad və soyadınızı yazmalıdır.

Səsvermə iyun ayının sonuna qədər davam edəcək. Səsverməyə 5 gün qalmış video qəbulu başa çatacaq. (Videonu nə qədər tez göndərsəniz, bir o qədər qalib olma şansınız artır.)

Səsvermənin qalibinə 100 manat məbləğində mükafat veriləcək və Metbuat.az saytında haqqında geniş yazı dərc olunacaq.

Müsahibənin hər ay bir dəfə keçirilməsi nəzərdə tutulur.

Videoların yerləşdirilməsi göndərilmə vaxtına uyğun olaraq sıralanacaq.

Vidolarınızı 055 362 49 69 nömrəsinin votsap ünvanına göndərə bilərsiniz. Bu nömrəyə zəng etmək və əlavə suallar vermək qadağandır. Video göndərməkdən başqa əlavə suallar verən və nömrəyə zəng edərək suallar verən istifadəçilər blok ediləcək və videoları saytdan çıxarılacaq.

Buyurun, videolarınızı gözləyirik.

1 Şəmiyev Tunar (4 yaşlı balaca bütün ölkələrin paytaxtlarını əzbər deyir)

2 Əliyev Nurlan (Özü istehsal etdiyini deyir)

3. Sübhan Köçərli


4. Niftulla Bayramlı

5 Aytac Hümbətova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR