Qoltuqaltı qaralmalardan xilas olmağın ən ucuz üsulu

Qoltuqaltı qaralmalar insanda psixoloji problemlərə, özünəinamsızlığa səbəb olur.

Metbuat.az xəbər verir ki, bu üsullarla qoltuq altında meydana gələn qaralmalardan qısa müddət ərzində xilas olacaqsınız.

Dilimlənmiş kartof

İncə dilim kartofla qoltuq altlarınızı ovuşduraraq meydana gələn qaralmanın qarşısını ala bilərsiniz. Qoltuqaltı bölgənizi kartof dilimi ilə hər gün 10 dəqiqə boyunca ovxalayın. Müəyyən müddət sonra rəngin açıldığını hiss edəcəksiniz.

Şəkər tozu

Bir şorba qaşığı zeytun yağı və bir şorba qaşığı şəkər tozunu qarışdıraraq qoltuq altını ovun. Bunu duşdan sonra tətbiq edin.

Süd

Süddə yer alan vitamin və yağ turşuları dərini parlatmaq xüsusiyyətinə sahibdir. 2 yemək qaşığı süd, bir çay qaşığı lor pendiri, bir yemək qaşığı un ilə xəmir əmələ gətirin. Dəriyə tətbiq edin, 15 dəqiqə saxlayıb soyuq su ilə yaxalayın. Bu xəmir dərinin ölü hüceyrələrdən təmizlənməsini təmin edir.

Soda

Bir miqdar soda və suyu qarışdırıb qoltuqaltına tətbiq edin. Effektini tezliklə görəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR