O, 2 saata 3 milyard qazandı

O, 2 saata 3 milyard qazandı
10:43 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çinin onlayn ticarət şirkəti - "Alibaba Group Holding"in səhmləri ötən gün 13% bahalaşıb.

Çərşənbə günü şirkət dövriyyəsində 50 faiz artımın ardından Cek Ma sərvətinə 2.8 mlrd. dollar əlavə edib.

Təxminlərə görə, şirkətin gəlirləri iki il üst-üstə 50 faizdən çox olacaq.

“Bloomberg” agentliyi Cek Manın dünyanın ən zəngin 14-cü insanı olduğunu bildirir. Ma 3 milyon dollarlıq qazancı ilə sərvətini 41.8 mlrd. dollara qaldırıb.

Qeyd edək ki, "Alibaba" Çinin elektron ticarət bazarında 80% paya malikdir.

Milyarder iş adamı xeyriyyə işlərini də unutmur. Cek Ma “Alibaba”nın satışlarından hər il ətraf mühiti qorumaq üçün dərnəklərə ayırır. (metbuat.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/milyonchu/202058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR