"Barselona"nın transfer edəcəyi iki ulduz

"Barselona"nın transfer edəcəyi iki ulduz
10:47 10 İyun 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın transfer etmək istədiyi iki ulduzun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bunlardan biri Duqlas Kostadı.


Braziliyalı sol cinah oyunçusu 2015-ci ildə "Şaxtyor"dan "Bavariya"ya 30 milyon avroya transfer olunub. "Barselona"nın rəsmi təklif göndərməyə hazırlaşdığı futbolçu üçün almanlara hansı məbləği təklif edəcəyi açıqlanmır.


Kataloniya klubunun hədəfindəki digər Hektor Bellerindi. İspan futbolçu 2011-ci ildə "Barselona"dan "Arsenal"a 500 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 25 milyon avro qiyməti qoyduğu müdafiəçi üçün 45 milyon avronun təklif olunacağı deyilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotnn-transfer-edcyi-iki-ulduz-t58621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR