Almaniyada komada olan azərbaycanlının qohumları axtarılır - FOTO

Almaniyada komada olan azərbaycanlının qohumları axtarılır - FOTO
10:47 10 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyada altı aydır xəstəxanaya yerləşdirilən və son bir ayı komada keçirən azərbaycanlını bu müddət ərzində heç kim ziyarət etməyib.

Milli.Az diaspor.az-a istinadən xəbər verir ki, Ramin Musayev adlı həmvətənimiz Köln şəhərinin Universitet Klinikasına böyrək və qara ciyər çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Gələn həftə ona böyrək transplantasiyası əməliyyatının keçirilməsi nəzərdə tutulub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan onun yaxınları ilə əlaqə saxlayaraq xəbər vermələri xahiş olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR