Gürcüstan hökuməti: "Azərbaycan bizə xəbərdarlıq edib ki..."

Gürcüstan hökuməti: "Azərbaycan bizə xəbərdarlıq edib ki..."
10:57 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu ilin avqust ayında "Şahdəniz" yatağından Gürcüstan və Türkiyəyə qaz ixracını bir aylıq dayandıracağı barədə rəsmi Tiflisi xəbərdar edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib. Nazir müavinin sözlərinə görə, Azərbaycan qaz ixracın ixrac qaz kəmərində təmir işləri ilə bağlı dayandırır.

"Biz Azərbaycandan xəbərdarlıq aldıq ki, "Şahdəniz" yatağından qaz təchizatı avqust ayında kəmərdə planlaşdırılmış təmir işləri ilə bağlı dayandırılacaq", - Valişvili bildirib. O, deyib ki, bu cür təmir işləri az qala hər il aparılırdı. Bu il isə təmir bir ay davam edəcək. "Bu, nə zamansa aparılmış ən uzunmüddətli təmir olacaq", - Valişvili əlavə edib.

Nazir müavini qeyd edib ki, qaz təchizatının dayandırılması Gürcüstana problem yaratmayacaq, çünki yay aylarında qaza tələbat kəskin azalır və Azərbaycan digər qaz yataqlarından hasil olunan qaz hesabına Gürcüstan istehlakçılarının qazla fasiləsiz təmin olunmasını avqust ayında da davam etdirəcək.

Gürcüstanın qaza olan tələbatı ildə 2.5 milyard kubmetrdir, ölkə Azərbaycandan tranzit ölkəsi kimi ildə 800 milyon kubmetr güzəştli qaz alır. Valişvili deyib ki, "Şahdəniz-2" işə düşdükdən sonra bu həcm 2020-ci ildən etibarən ildə 1.6 milyard kubmetrə qədər artacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/553017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR