Baba maşınla 4 yaşlı nəvəsinin üstündən keçdi

Baba maşınla 4 yaşlı nəvəsinin üstündən keçdi
10:58 10 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail" markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, hadisə saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.

Faktla bağlı araşdırma aparılır. (lent.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR