Azərbaycanda kredit faizləri aşağı düşüb

Azərbaycanda kredit faizləri aşağı düşüb
11:07 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin aprel ayında manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi mart ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq illik 7,00% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,22 faiz bəndi azalaraq 3,88%-ə enib.
Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
O cümlədən fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz 0,23 faiz bəndi artaraq 11,04%, xarici valyutada əmanət lər üzrə orta faiz dərəcəsi 0,33% azalaraq 4,55% olub.
Kommerisya bankları tərəfindən aprel ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,26% və 8,43% təşkil edib. 
Xatırladaq ki, aprelin 1-nə bu göstəricilər manatda 12,31%, xarici valyutada isə 8,69% olub. 
O cümlədən aprel ayında fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,04 faiz bəndi azalaraq 15,76%, xarici valyuta ilə verilən kreditlər üzrə 0,32 faiz bəndi azalaraq mayın 1-nə 16,40% təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-kredit-faizleri-asagi-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR