Kökəlmək istəmirsinizsə, bu saatda yeyin

ABŞ-da yerləşən Luiziana Universitetinin elm adamları çəki almamaq üçün hansı saatda yeməli olduğunuzu açıqlayıb.

“Time” jurnalının xəbərinə görə, günorta 14:00-dan sonra yeyiləcək yemək yağlanmağı asanlaşdırır. Mütəxəssislər günün son yeməyinin günorta saat 14:00-da yeyilməsinin vacib olduğunu, axşam yeməyinin salat, xəfif qidalarla yeyilməsini məsləhət görüb.

Axşam yemək yediyiniz üçün çəki aldığınızı düşünürsünüz?

Son elmi araşdırmalar sübut edib ki, axşam səkkizdən sonra yeyilən yeməklərin yağ əmələ gətirdiyi fikri doğru deyil.

Londonda “King College” araşdırmaçılarının uşaqlar üzərində apardıqları araşdırma nəticəsində səkkizdən sonra yeyilən yeməklə artıq çəki almağın heç bir əlaqəsinin olmadığı məlum olub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR